Bakı metrosunda sərnişin stansiyanın yoluna düşüb

 Bakı Metropoliteninin "İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Bu barədə  “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. On iki dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır", - deyə o əlavə edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}