Şamaxıdan olan şəhid Abbasov Elvinin il mərasimi keçirilib.-FOTO\VİDEO

22.11.2021-ci il tarixdə Şamaxı şəhərində şəhid Abbasov Elvinin il mərasimi keçirilib.
Qeyd edək ki, il mərasimi 21.11.2021-ci il tarixində Bakı şəhərində keçirilib!


Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Millət vəkili Tamam Xanım Cəfərova, RİH-in məsul əməkdaşları,Azərbaycanın şəhər və rayonlardan olan şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri, digər rayonların ictimayyət nümayəndələri, iştirak etmişlər.
 
Şəffaflıq.az xəbər verir ki, il mərasimin davam olaraq 22.11.2021-ci il tarixində şamaxı şəhəri şəhidlər xiyabanında keçirilmişdir. 
Anım mərasimində  RİH-in məsul əməkdaşları,şəhid ailələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları,"Qarabağ Qaziləri" İB-ın üzvüləri, ictimaiyyət nümayəndələri şəhid Abbasov Elvinin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Operator: Məhərrəm Səmədovun hazırladığı videonu təqdim edirik!

Elvin Abasov 1993-cü il iyunun 17-də Şamaxı rayonu Çarhan kəndində anadan olub

Elvin Abasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan ordusunun əsgəri olan Elvin Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələr tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Abasov noyabrın 8-də Şuşa döyüşləri  zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında  dəfn olunub.
Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda"medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı  ilə təltif edildi.

Vahid İsmayılov.
Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}