AQTA qida əlavəsi satan sahibkarlara xəbərdarlıq edib

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı məlumat yayıb.
Şəffaflıq.az xəbər verir ki, məlumatda qida əlavələrinin orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna biləcəyini vurğulanıb.
Qeyd olunub ki, xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.
- Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" ifadəsi mütləq qeyd edilməlidir.
- Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.
- Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.
- Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmalıdır.
- Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır








 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}