Ermənistan ordusunda yeni təyinat olub

Ermənistan ordusunda yeni təyinat olub.
Şəffaflıq.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Belə ki, Ermənistanın Baş nazirinin təklifi ilə Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamına əsasən, Armen Gözəlyan xüsusi ordu korpusu qərargah rəisi-Silahlı Qüvvələrin korpus komandirinin müavini təyin edilib.
Qeyd edək ki, sentyabrın 13-də general-mayor Kamo Koçuns Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}