Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı

 

Şamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əhmədov Elçin Maksud oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Gəncin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}