Oğuzda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

 

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub.

Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}