Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alan var

   Kürdəmir rayonunda yol qəzası baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Rəsulov Arif Müseyib oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil Canməmmədov Taleh Ağamməd oğlunun idarə etdiyi "NİVA" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “NİVA”da olan sərnişin, 1981-ci il təvəllüdlü Məmmədov Ramiz Namiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}