Şamaxı Rayon Heydər Əliyev Mərkəzində millət vəkili vətəndaşları qəbul edib.

Şamaxı da Heydər Əliyev Mərkəzində genişləndirilmiş tərkibdə növbəti dəfə vətəndaşlarımızı qəbul etdik.
Şəffaflıq.az xəbər verir ki, Qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, Şamaxı RİH-nin şəhid ailələri və qazilərlə işşöbəsinin müdiri Cəlal Bayramov, 14 saylı Ərazi Məşğulluq Mərkəzinin nümayəndəsi Şadman Rəcəbov, DSMF-nin Şamaxı rayon şöbəsinin nümayəndəsi Saleh Orucov, 17 saylı Sosial Xidmətlər Agentliyinin müdir müavini Xətayi Mirzəyev və eləcə də ictimaiyyət nümayəndəsi kimi Şamaxı Rayon Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva iştirak edib.
 
24 may səhər saat 11:00-dan 16:00-dək davam edən vətəndaş qəbulunda şəhid ailələri,qazilər,Vətən müharibəsi iştirakçıları, rayon sakinləri olmaqla 40 nəfər seçici qəbul olundu, onları narahat edən məsələlər dinlənildi.
Seçicilərin müraciətləri əsasən məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər, ünvanlı sosial yardımın təyin olunmasında yaranan problemlər, zəlzələdən zərər çəkmiş evlərin təmiri və bərpası və s. ilə əlaqədar olub.
Vətəndaşların müraciətləri ilə əlaqədar qeydiyyat aparılıb. Bəzi müraciətlər yerindəcə həll edilib. Digər müraciətlər haqqında müvafiq dövlət qurumlarına aidiyyatı üzrə deputat sorğuları göndəriləcəyini vətəndaşlarımıza bildirib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}