Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxıda,-Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib.

 Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində ,Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Daha sonra Firudin Qurbanov Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub, məktəbin müəllim heyəti ilə görüşüb və öz tövsiyələrini verib.






 
 Sonda Firudin Qurbanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı və Qobustandan olan gənc müəllimlərlə görüş keçirib, onlara ölkəmizdə həyata keçiriən təhsil islahatları barədə danışıb, öz tövsiyələrini verib.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}