ÜST: “Koronavirusdan ölüm sayı göstəriləndən dəfələrlə çoxdur”

 

Pandemiyanın başlanğıcından bəri dünyada 6-8 milyon insan koronavirus infeksiyasından ölüb.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun Məlumat və Analitika üzrə köməkçisi Samira Asma deyib.

Təşkilatın hesablamalarına görə, 30 yanvar- 31 dekabr 2020-ci il tarixlərində COVID-19-dan 1 813 188 ölüm rəsmi olaraq qeydə alınıb. İlkin məlumatlara görə, son bir ildə koronavirusdan ümumi ölümlərin azı 3 milyon nəfərdir, çünki bütün ölümlər qeydə alınmayıb.

Bu baxımdan ÜST mütəxəssisləri hesab edirlər ki, hazırda virusdan ümumi ölüm rəsmi qeydiyyata alınmış məlumatlardan azı 2-3 dəfə çoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}