Azərbaycan Olimpiadaya 20-ci lisenziyanı rəsmiləşdirdi

 

Azərbaycan Tokio Olimpiadasına 20-ci lisenziyanı qazanıb.

Şəffaflıq.az-ın xəbərinə görə, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında Rafiq Hüseynov Viktor Nemeşdən (Serbiya) üstün olub – 4:1.

Bununla da Azərbaycanın yunan-Roma güləşi üzrə 77 kq çəki dərəcəsində Olimpiadada iştirak edəcəyi dəqiqləşib.

Beləliklə, ikiqat Avropa çempionu olan 32 yaşlı Rafiq Hüseynov karyerasının son ilində ilk dəfə Olimpiadada iştirak edəcək.

Sabah Rafiq Hüseynov finalda Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanla qızıl medal görüşünə çıxacaq.

Bu, Azərbaycanın 20-ci, güləşçilərimizin isə 7-ci lisenziyası olub. Bunlardan ikisi yunan-Roma güləşinin payına düşür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}