İsmayıllı məktəblisi "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi olub. VİDEO


Fidan Ələkbərova ulu öndərin həyatı ilə bağlı rayonun Heydər Əliyev Mərkəzində qısametrajlı videoçarx təqdimatı hazırlayıb.

Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənc nəsillər tərəfindən Ulu Öndərin zəngin irsinin araşdırılması və fəaliyyətinin öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsi keçirib. Müsabiqədə rayonun Təzəkənd tam orta məktəbinin XI sinif şagirdi Ələkbərli Fidan Ramazan qızı onlayn müsabiqədə iştirak edərək, Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülüb.

Şəffaflıq.az xəbər verir ki, mayın 7-də Təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibləri ilə onlayn görüş keçirib, və qalibləri təbrik edərək  onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I,          10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici yer qazanıb.

Respublika müsabiqəsində qalib gəlmiş Fidan Ələkbərovanı təbrik edir, ona yeni-yeni uğurlar diləyirik.

İsmayıllı təhsili, uğurların bol olsun!


Dəyanət.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}