Şamaxıda keçirilmiş fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri məlum olmuşdur.

 

Şamaxı rayonunda keçirilmiş respublika fənn olimpiadasının yarımfinal mərhələsində rayon məktəblərini təmsil edən 52 nəfər şagird iştirak etmişdir.

Yarımfinal mərhələsi azərbaycan dili və ədəbiyyat, fizika, kimya, biologiya və coğrafiya fənnləri üzrə keçirilmişdir. Olimpiadada Şamaxı şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədov Namik Emin oğlu azərbaycan dili və ədəbiyyat üzrə, Şamaxı şəhər 10 saylı tam orta məktəbinin X sinif şagirdi Usubalıyev İmadi Hafiz oğlu və rayonun Göylər kənd 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Həmzəliyeva Sevinc Şahmar qızı kimya fənnləri üzrə yüksək nəticə əldə edərək final mərhələdə iştirak etmək hüququ qazanmışlar.

Olimpiadanın final mərhələsində iştirak edəcək şagirdlərlə görüşən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam xanım Cəfərova və rayon təhsil şöbəsinin müdiri Məsud Babayev qalibləri təbrik edərək onlara uğurlar arzulamışlar.

 
Vahid İsmayılov,
Yanoş Məhərrəmov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}