Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb

 

2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.


Şəffaflıq.az bu barədə ADY-ın hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92 %-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3 % azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6 % azalaraq 37 min 267 nəfər təşkil edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}