Azərbaycan içki ixracını 2 dəfə azaldıb

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 10,935 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,667 milyon dollar və yaxud təxminən 51,6 % azdır.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1 %-ni təşkil edib.

11 ay ərzində Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, spirtin dəyəri isə 56,428 milyon dollar olub. Bu isə bir il əvvələ nisbətən 5,178 milyon dollar və yaxud 8,4 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,6%-ni təşkil edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}