Kolumbiyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

 

Kolumbiyada son sutkada koronavirusdan rekord sayda - 440 ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə və sosial müdafiə nazirliyi yayıb.

Ölkədə son 24 saat ərzində koronavirusa yoluxanların sayı 16 730 nəfər artıb, daha 18 038 nəfər virusdan sağalıb.

Ümumilikdə müalicə alan 2 757 274 pasiyent sağalıb, 70 886 nəfər isə vəfat edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}