Hindistanda koronavirusa yoluxanların sayı 16 milyonu ötüb

 Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 332 730 yeni yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Hindistanda virusa yoluxma hallarının sayı 16 263 695-ə çatıb.
Son 24 saatda ölkədə koronavirusdan 2 263 insan ölüb və ölənlərin sayı 186 920 çatıb.
COVID-19-a yoluxan 13,5 milyondan çox insan sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.



Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}