Azərbaycan hibrid avtomobil alışını üç dəfəyə qədər artırdı

 

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan elektrik mühərriklə də hərəkətə gətirilən 1 831 ədəd avtomobil idxal edib.


Şəffaflıq.az məlumat verir ki, onların ümumi idxal dəyəri 10 milyon 285,5 min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 265 ədəd və ya 16,9 faiz çoxdur.

Təkcə mart ayında 789 ədəd bu tipdə avtomobil idxal edilib və onların ümumi dəyəri 5 milyon 34,7 min dollar olub. Azərbaycan ötən ilin mart ayı ilə müqayisədə bu avtomobillərin alışını 496 ədəd və ya 2,7 dəfə artırıb.

Eləcə də, ötən ay yalnız elektrik mühərriklə hərəkətə gətirilən 17 ədəd avtomobil idxal edilib və onların ümumi idxal dəyəri 722,11 min dolları əhatə edib. Təkcə fevral ayında isə ölkəmizə 7 ədəd elektrik mühərrikli maşın idxal edilib.

Qeyd edək ki, üç ay ərzində idxal olunan elektrik mühərriklə də hərəkətə gətirilə bilən və yalnız elektrik mühərrikli avtomobillər ümumi idxal edilən avtomobillərin 11,9 faizini təşkil edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}