Azərbaycana avtomobil idxalı 24% artıb

 

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 33 178 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 31 026 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 28,8% çoxdur.

Bundan başqa, bu ilin səkkiz ayında ölkəyə 1 960 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 13,3% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 108 ədəd (artım 51,1% az) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 84 ədəd (15 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkəyə 3 050 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 136 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-avqust aylarında avtomobil idxalının dəyəri 399 498,58 min ABŞ dolları təşkil edib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}