Koronavirusa yoluxan Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib

 

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Şəffaflıq.az məlumat verir ki, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan verilən məlumatda bildirilib ki, müğənninin səhhəti hazırda yaxşıdır. Onun hərarəti normaldır.

N.Musayev isə bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}