Bolqarıstanda parlament seçkilərinin nəticələri açıqlandı


 

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) seçki komissiyalarının protokollarının emalını başa çatdırıb və səsvermənin rəsmi yekunlarını elan edib.

Bu barədə Şəffaflıq.az TASS-a istinadən xəbər verir.

“Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” siyasi partiyası (GERB) Demokratik qüvvələrin İttifaqı ilə koalisiyada qələbə qazanıb.

Bolqarıstanın 45-ci Xalq Məclisinə (parlament) ümumilikdə altı siyasi birliyin nümayəndələri keçib. GERB Partiyasına seçicilərin 26,18%-i səs verib – 837 mindən çox insan. O, 75 deputat mandatı alıb. İkinci yerdə 565 min səslə (17,66%) “Belə bir xalq var” Partiyası (51 deputat), üçüncü yerdə isə 480 minə yaxın (15,01%) seçicinin dəstəyini qazanan Bolqarıstan Sosialist Partiyası (43 mandat) qərarlaşıb.

Bolqarıstanın 45-ci Xalq Məclisinin tərkibinə, həmçinin “Hüquq və Azadlıqlar uğrunda Hərəkat” (10,51% səs, 30 mandat), “Demokratik Bolqarıstan” (9,45% səs, 27 mandat) və “Yüksəl. Mafiya rədd ol” vətəndaş platforması (4,72% səs, 14 mandat) daxil olublar.

Səsvermədə 6,789 milyon seçicidən 3,334-ü iştirak edib. Seçici aktivliyi 50,51% təşkil edib.

Deputatların adlarının yer aldığı siyahı aprelin 11-də hazır olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}