Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlandı

 

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası ölkədə 31 oktyabr və 21 noyabr tarixlərində iki turda keçirilən parlament seçkilərində qalib gəlib.

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK-nın nəticələrinə əsasən, partiyanı 48.22 faiz seçici dəstəkləyib. Hakim partiya 60 mandat əldə edib. Partiyanın 90 deputat yeri olacaq, çünki “Gürcü arzusu” həmçinin bütün 30 birmandatlı dairələrdə də qalib gəlib.

Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat təmsil olunur.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}