İraqda ABŞ hərbçilərinin olduğu baza raket atəşinə tutulub

 

ABŞ hərbçilərinin yerləşdirildiyi İraq ordusuna məxsus baza raket atəşinə məruz qalıb.

Şəffaflıq.az bildirir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Məlumata əsasən, yerli HHQ qüvvələrinin bazasına iki raket atılıb.

İraq təhlükəsizlik qüvvələrinin açıqlamalarına görə, hər iki raket bazaya çatmayaraq, yaxınlıqda yerə düşüb.

Hücum nəticəsində hərbi bazaya heç bir zərər dəyməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}