Bağdadda ABŞ səfirliyinin yerləşdiyi ərazi raket atəşinə tutulub

 

Ötən gecə İraqın paytaxtı Bağdadın, ABŞ səfirliyinin də yerləşdiyi “Yaşıl vadi” adlanan bölgəsi raket atəşinə tutulub.

Şəffaflıq.az bildirir ki, raket zərbəsi nəticəsində insan tələfatı olmasa da bölgədəki bəzi diplomatik nümayəndəliklərin binalarında dağıntılar əmələ gəlib.

Maraqlısı odur ki, Bağdad şəhərinin bu hissəsi yanvar ayından başlayaraq bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Bunu nəzərə alan ABŞ hərbçiləri xarici ölkə səfirliklərinin yerləşdiyi “Yaşıl vadi” adlanan ərazini mühafizə etmək üçün “Patriot” hava hücumundan müdafiə sistemi quraşdırmışdılar. Lakin “Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib.

Təlimata əsasən raket müdafiə olunan ərazinin üzərində olan zaman radarlar onun hərəkət trayektoriyasını müəyyən edib mərkəzə məlumat ötürməli, mərkəz isə qarşılıqlı atəş ilə raketi havada zərərsizləşdirməli və yerə düşməsinə imkan verməməlidir. Lakin ötən gecə bu mexanizm işə düşməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}