“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu -FOTO/VİDEO

 Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.
Şəffaflıq.az-ın məlumatına görə, yarış  Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.
Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib.
Oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.
Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}