ABŞ-da son sutkada 1 558 nəfər koronavirusdan ölüb

 

ABŞ-da koronavirusdan ölənlərin sayı 546 min nəfəri ötüb.

Şəffaflıq.az xarici KİV-lərə istinadən məlumat verir ki, bu barədə federal və yerli dairələrin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında deyilir.

Belə ki, son sutkada ABŞ-da koronavirusdan ölənlərin sayı 1 558 nəfər olub. Ümumi ölənlərin sayı isə 546 825 nəfər təşkil edir.

Qeyd edək ki, ölkədə son sutkada 67 443 nəfər koronavirusa yoluxub, ümumi yoluxma sayı isə 30 080 240 nəfərə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}