Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

 

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Şəffaflıq.az məlumat verir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}