Əsas Səhifə > Hadisə > Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var


25-03-2021, 11:14

 

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Şəffaflıq.az məlumat verir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını VAZ-2115 markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan VAZ-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt