ADPU -da açıq və ustad dərslər keçirilib.

Mayın 13-də ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin “Təsviri incəsənət və onun tədrisi metodikası” kafedrasının müəllimi Vəfa Allahyarovanın “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan 201-ci və 205-ci qruplarında açıq və  ustad dərslər keçirilib.
 
 Açıq dərsdə fakültənin dekan müavini dosent Anar Fərmayılov, “Təsviri incəsənət və onun tədrisi metodikası” kafedrasının müdiri dosent Çingiz Rüstəmov və kafedra əməkdaşları iştirak etdilər. İlk öncə Vəfa Allahyarova tələbələri sulu boya anlayışı və rənglərin işlənmə qaydalarını xatırlatdı, sonra isə obyektə şüurlu yanaşmaq və əks etmək bacarığını formalaşdırmaq məqsədi ilə onları müxtəlif işləmə üsulları ilə tanış etdi. Vəfa Allahyarova tələbələri quru, yaş işləmə, monotipiya, lessirovka üsulları, yaradıcı işdə duz, spirt, süngər, şam və digər vasitələrdən istifadə qaydalarını və onların tədbiqi nəticəsində əldə edilən effektlər ilə tanış etdi, bu üsulların tədbiqi vasitəsilə yaranmış işlərini nümayış etdi, mövzu ilə əlaqədar sualları cavablandırdı. Alınmış bilik və bacarığlar tələbələrə bədii cəhətdən zəngin və düşünülmüş işlər yaratmaqları üçün böyük əhəmiyyətə malikdir. Vəfa Allahyarovaya təşəkkürlərimizi bildiririk.

Əliqasım Məmmədov ADPU II kurs tələbəsi.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}