Koronavirus özü ilə başqa bir pandemiya da gətirir?


 

Hindistanın tibb müəssisələrinə koronavirusla əlaqədar psixoloji problemləri yarandığına görə müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Bu səbəbdən onlara kömək edə biləcək mütəxəssislərin hazırlanmasına başlanıb.

Şəffaflıq.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Mərkəzi Psixiatriya İnstitutunun  direktoru Basudeb Das The Hindu-ya müsahibəsində deyib.

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci pilləni tutur. Son məlumatlara görə, ölkədə 10.9 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb. Bunlardan 10.6 milyon insan sağala bilib. 139 min nəfər müalicə alır, 156 min nəfər isə koronavirus və yanaşı xəstəliklərdən dünyasını dəyişib.

"Hazırda yeni tip koronavirusun öhdəsindən gəlməyə çalışırıq. Ancaq biz COVID-19-un psixi sağlamlığa təsiri nəticəsində yaranacaq yeni pandemiyaya hazırlıqlı olmalıyıq. Bu halların müalicəsi hətta vaksinasiya bitdikdən sonra bir neçə il davam edə bilər", - Das söyləyib.

O qeyd edib ki, depressiya, narahatlıq, posttravmatik stress, dost və qohumların vəfatı səbəbilə yaranan psixoloji travmalar hər 10 xəstədən 2-də müşahidə olunur. Das deyir ki, bu cür insanların müalicəsi üçün son bir neçə ay ərzində İnstitutda 175 mütəxəssis hazırlanıb.

"Həm uzunmüddətli, həm də qısamüddətli həllər barədə düşünməliyik", - deyən həkim vurğulayıb ki, həm həkimləri, həm də xəstəxana heyətini bütünlükdə yeni problemə hazırlamaq gərəkdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}