BMT Baş katibi növbəti dəfə Müqəddəs Qurani-Kərimdən sitat gətirdi...

 BMT Baş katibi Antonio Quterreş İslamofobiyaya qarşı ümumdünya  günü münasibətilə bir müraciət edib və  bəşəriyyəti bu dağıdıcı fenomenə qarşı mübarizəyə çağırıb.
 
Şəffaflıq.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. 
 
Baş katib bildirib ki, islamofobiya - neonasizm, antisemitizm və digərləri kimi dözümsüzlük formalarının təzahürlərindən biridir.
 
“Qurani-Kərimdə buyrulduğu kimi, Allah fərqli xalqlar və tayfaları bir-birini tanıması üçün yaradıb. Biz bundan sonra da insan hüquqlarına və dini, mədəni və unikal insan kimliyinə tam hörmət edən bir siyasət üçün çalışmağa davam etməliyik”-deyə Quterreş vurğulayıb.
 
Xatırladaq ki, BMT Baş katibinin İslamabadda əfqan miqrantlarla bağlı keçirilən konfransdakı çıxışı zamanı da Quran ayəsindən sitat gətirməsi maraqla qarşılanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}