Akademikdən qorxulu proqnoz: Ölkədə təbii fəlakətlərin sayı artacaq

Xüsusi qeyd olunur ki, qlobal temperaturun dəyişməsi təbii fəlakətlərin sayının artmasına səbəb olur.
Son günlər isə güclü qasırğalı küləklərin həm diapazonun, həm də sayının artması müşahidə olunur. Bunun əsas səbəbi də planetdəki qlobal iqlim dəyişmələrinin lokal təzahürləridir.
Şəffaflıq.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov deyib. O bildirib ki, bu təzahürlər Abşeronda dağıdıcı qasırğalı küləklərin baş verməsinə səbəb olur:
"Abşeronda qasırğalı küləklər ən çox mart ayına təsadüf edir. Burada təhlükəli vəziyyət isə həmin küləklər şimal, şimal-şərq küləkləri idisə, indi onlar şimal-qərb küləklərinə dəyişib. Bu isə daha bir ayrı təzadlar yarada biləcək və gələcəkdə bunun şahidi olacağıq".
Ramiz Məmmədov onu da qeyd edib ki, binaların tikintisində və s. layihələrin icrasında bu hallar nəzərə alınsa, onların təsirini minimuma endirmək mümkün olar. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}