Lukaşenko böyük oğlunu işdən çıxardı

 

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktoru özünün milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

“Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edilib. Dövlət başçısı Aleksandr Lukaşenko müvafiq Fərmanı fevralın 26-da imzalayıb”, - mətbuat xidməti tərəfindən yayımlanmış məlumatda deyilir.

Qeyd edək ki, Viktor Lukaşenko fevralın 26-da Belarusun Milli Olimpiya Komitəsinin prezidenti seçilib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}