İlin ilk ayında “Azərkosmos” ölkəyə nə qədər gəlir qazandırıb?

 

2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

Şəffaflıq.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında məlumat verilib.

Bildirilib ki, qurumun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.

Qeyd edək ki, “Azərkosmos” ASC-nin ixrac etdiyi xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}