Myanmada etiraz aksiyaları davam edir

 

Myanmada 1 fevral dövlət çevrilişindən sonra etiraz aksiyaları davam edir.

Şəffaflıq.az TASS-a istinadən məlumat verir ki, bazar günü belə aksiyalardan biri Yanqon şəhərində keçirilib. Aksiyalarda iştirak edən altı nəfər saxlanılıb.  

Etirazçılar hərbçilərdən həbs olunan dövlət xadimlərini azad etməyi tələb ediblər. Onlar, həmçinin internetə qoyulan məhdudiyyətlərin də aradan qaldırılmasını istəyiblər.

“Reuters” informasiya agentliyinin yaydığı məlumata əsasən, Myavadi şəhərindəki etirazlar zamanı dinc sakinlərlə hərbçilər arasından toqquşma baş verib. Atəş səsləri eşidilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}