“Azərpoçt”un vəsaitini mənimsəyən qadın məhkəmədə həbs edildi

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin külli miqdarda vəsaitini mənimsəyən qadın həbs edilib.

Şəffaflıq.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində Ələkbərova Sücayət Cuma qızının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən onun barəsində seçilmiş polis nəzarətinə verilən qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib. Ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

S.Ələkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilirdi.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}