UNWTO-ya baş katib seçilib

 

Zurab Pololikaşvili ikinci müddətə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə seçilib. 

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar təşkilatın İcraiyyə Şurasının Madriddə keçirilən 113-cü toplantısında qəbul olunub.

Z.Pololikaşvili baş katib vəzifəsini 2022-2025-ci illərdə yerinə yetirəcək.

Gürcüstanın baş naziri Giorgi Qaxariya Z.Pololikaşvilini beynəlxalq təşkilata yenidən baş katib seçilməsi münasibətilə təbrik edib və bunu ölkənin önəmli uğuru adlandırıb.

Qeyd edək ki, Z.Pololikaşvili 2017-ci ildə UNWTO-nun 2018-2021-ci illər ərzində baş katibi seçilib. Bundan öncə o, Gürcüstanın İspaniyadakı səfiri olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}