Veteran adı ilə bağlı müraciət edən vətəndaşların - Nəzərinə

 

"Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiyaya veteran adı və yaxud müvafiq olaraq veteran kitabçasının verilməsi səlahiyyəti verilməyib".

Şəffaflıq.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

"Buna görə vətəndaşlarımızdan xahiş edirik ki, komissiyaya bu məsələ ilə əlaqədar müraciət etməsinlər", - deyə Eyvazov bildirib.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}