Küveyt hökuməti istefaya getdi

 

Küveyt əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabahı Havli şəhərindəki Bəyan Sarayında qəbul edib.

Şəffaflıq.az məlumat verir ki, Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, baş nazir hökumətin istefasını əmir Şeyx Nevvafa bildirib.

Keçən həftə Küveytdə millət vəkilləri “konstitusiya pozuntuları, hökumətin iş proqramının çatdırılmasını təxirə salma və qanunvericiliyə təsir etməyə çalışma” kimi mövzularla əlaqədar parlamentə baş nazir əl-Sabahın əleyhinə etimadsızlıq təklifi veriblər.

Təklifdən sonra kabinet üzvləri istefa ərizəsini dünən Baş nazir Şeyx Sabaha təqdim ediblər.

Küveytdə yeni hökumət keçən ay keçirilən ümumi seçkilərdən sonra 14 dekabr 2020-ci ildə vəzifəyə başlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}