Azərbaycan bayrağı Ukraynanın ən hündür göydələninin fasadında



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna nümayəndəliyi Azərbaycan Dövlət bayrağının 100 illiyinə həsr olunmuş təbrik tədbiri təşkil edib.

Şirkətin Ukrayna nümayəndəliyindən ATV.az-da verilən məlumata görə, Azərbaycan bayrağının 100 illiyi münasibətilə Dövlət bayrağımız Ukraynanın ən hündür göydələninin - “Gulliver” Ticarət və əyləncə mərkəzinin fasadında əks olunub.

Ukraynanın bütün bölgələri üzrə SOCAR-ın bütün yanacaqdoldurma şəbəkələrində, eləcə də şirkətin rəsmi internet saytında Azərbaycan bayrağının ölkənin həyatında böyük qələbələr və mühüm hadisələrin simvolu olduğu vurğulanıb.





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}