Samir Şərifov: “Növbəti ildə qarşımızdakı prioritet məsələ Qarabağın yenidən qurulmasıdır”


 

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, parlamentdəki komitələrində deputatlar büdcə layihəsi ilə bağlı məmnunluğunu, həmçinin fikir və təkliflərini bildiriblər. Nazir parlament sədrinə və müzakirələrdə aktiv iştirak etmiş hər bir millət vəkilinə təşəkkür etdi. Bildirdi ki, büdcə müzakirələrində əsas diqqət işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına, infrostrukturun yaradılmasına, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, sosial məsələlərin həllinə yönəlib.

S.Şərifov bildirdi ki, hal-hazırda işğaldan azad olunmuş ərazilərə, əhalimizə, dövlətə dəymiş ziyanın öyrənilməsi, dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Həmçinin əraziyə investisiyaların cəlb olunması üçün dünyanın bir sıra maliyyə institutları ilə məsləhətləşmələr aparılır, bununla əlaqədar müvafiq işlərə başlanılıb.

Nazir son 5 ildə müdafiə və sosial məsələlərlə bağlı xərclərin ciddi şəkildə artırıldığını, 2021-ci ilin də bu sarıdan istisna təşkil etmədiyini vurğuladı. Buildirdi ki, koronavirus pandemiyası iklə mübarizə, icbari tibbi sığortanın tətbiqi, tələbələrə təhsil kreditlərinin verilməsi, təhsil haqqının ödənilməsi, ehtiyac meyarı, yaşayış minimumunun artırılması ilə əlaqədar növbəti ilin büdcəsində xərclər artırılıb.

“Cari ildə Azərbaycan Respublikası kifayət qədər ağır sosial-iqtisadi problemlərlə üzləşib. Amma bu problemləri məharətlə dəf etməyə nail olub.

44 gün ərzində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edib və torpaqların işğalına son qoyub.

Növbəti ildə qarşımızdakı prioritet məsələ Qarabağın yenidən qurulmasıdır”.


S.Şərifov qeyd etdi ki, bütün bunları nəzərə alaraq, xərclər müəyyən qədər artırılıb. Ancaq nazir bildirdi ki, əlavə mənbələr əldə etmədən xərclərin daha da artırılması əlavə problemlər yarada bilər.Nazir bildirdi ki, deputatların qaldırdığı məsələlər diqqətlə nəzərdən keçirilir. Onların bəziləri növbəti ildə, bəziləri isə növbəti illərdə həllini tapacaq.

Nazir sonda sədri və parlament üzvlərini qarşıdakı bayramlar münasibətilə təbrik etdi və onları büdcə layihəsinə səs verməyə çağırdı.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}