Bayden Ağ Evdə yeni vəzifə təyinatları aparıb

 

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evdə gələcək administrasiyasındakı bir çox vəzifələrə yeni təyinatların olunduğunu bildirib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, siyasətçinin keçid komandasının verdiyi açıqlamada qeyd edilir ki, Bryus Rid Ağ Evin aparat rəhbərinin müavini olacaq. O, bir neçə il müddətdə Baydenin köməkçisi və məsləhətçisi olub.

Ağ Ev aparatının gələcək rəhbəri isə Ron Klayn təyin edilib. Bildirilir ki, Klaynın baş məsləhətçisi demokrat namizədin seçki qərargahının əməkdaşı Elizabet Uilkins olacaq.

Vinay Reddi Ağ Evdə Co Baydenin çıxışöncəsi nitqlərini hazırlayacaq. C.Bayden ABŞ-ın vitse-prezidenti olduğu müddətdə, eləcə də seçkiöncəsi kampaniyası dövründə V.Reddi onun çıxışlarını yazırdı. Ağ Evdə administrasiya məsələlərinə Enn Filipik, planlaşdırma işlərinə isə Rayan Montoya nəzarət edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}