İsveçdə sərt karantin tətbiq olundu
İsveçdə koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının kəskin şəkildə artması fonunda sərt ümummilli karantin tədbirləri tətbiq olunub.
Şəffaflıq.az bildirir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri xəbər verib.
“Rosbalt.ru” yazır ki, ölkədə kütləvi toplantıların keçirilməsi, insanların 8 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Həmçinin İsveçdə kinoteatrlar və əyləncə müəssisələri, məktəblər bağlanıb, alkoqolun satışı məhdudlaşdırılıb - onu yalnız 22:00-dək almaq olar.
Ən son məlumatlara görə, İsveçdə 7 mindən çox insan koronavirusun qurbanı olub, 278 mindən çox yoluxma halı qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş