Dünyanın iki nəhəng iqtisadiyyatını 2021-ci ildə nə gözləyir? - HESABAT


 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı(OECD) dünya ölkələri üzrə 2021-ci ildə iqtisadi artım gözləntilərinə dair hesabatını açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, hesabata əsasən gələn il Çin iqtisadiyyatı 8 faiz böyüyəcək: “Bu ilin birinci rübündəki rekord azalma, ikinci rübdəki ciddi artım və üçüncü rübdəki stabilləşmədən sonra 2021-ci ildə iqtisadiyyatda 8 faizlik, 2022-ci ildə isə 4,9 faizlik artım baş verəcək”.

Hesabat müəllifləri bildirirlər ki, Çin ərazisində epidemioloji vəziyyətə yaxşı nəzarət olunur. Əsasən infrastruktura yönələn investisiyalar 2020-ci ildə iqtisadiyyatın cüzi də olsa artımını şərtləndirib: “Maskalar, tibbi material və avadanlıqlara, uzaqdan işləməyi təmin edən texnologiyalara tələbatın kəskin artması Çinin ixracında artıma səbəb olub”.

Hesabatda qeyd olunur ki, ölkədə istehlak hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb. Lakin bununla yanaşı, bəzək əşyalarına tələb sürətlə artır. Çin hakimiyyətinin bəzi vergiləri azaltması, sosial güzəştlərin əhatə dairəsini genişləndirməsi tezliklə istehlakın artımını təmin edəcək.

ABŞ-la davam edən ticarət müharibəsinin Çinə vurduğu zərərin mühüm bir qismi ASEAN ölkələri ilə imzalanmış azad ticarət zonasına dair razılaşmanın icrası nəticəsində kompensasiya olunacaq.

OECD-də hesab edirlər ki, Çin iqtisadiyyatının bərpası dünya ÜDM-nin 2021-ci ilin sonunda böhrandan əvvəlki səviyyəyə çatacaq. Buna isə daha çox Çin iqtisadiyyatının bərpası səbəb olacaq.

ABŞ-ın özündə isə bu il ÜDM-in 3,7 faiz azalma qeydə alınacaq. Təşkilat ekspertləri qeyd edirlər ki, 2021-ci ildə dünyanın ən böyük iqtisadiyyatında 3,2 faizlik artım olacaq: “İşsizlik səviyyəsi tədricən azalacaq, lakin böhrana qədərki dövrlə müqayisədə yüksək olaraq qalacaq.

Aprel-may aylarında 22 milyon nəfər iş yerini itirib. Məhdudiyyət tədbirlərinin yumşaldılması iqtisadiyyatda canlanmaya və oktyabrın sonuna bu iş yerlərinin yarıdan çoxunun bərpa olunmasına gətirib çıxarıb”.

OESD-də ümid edirlər ki, koronavirusa qarşı effektiv peyvəndlər 2021-ci ilin ikinci yarısında infeksiyanın yayılmasının qarşısını almağa imkan verəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}