Lukaşenko iqamətgahında əlində avtomatla görüntüləndi
“RİA Novosti” Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmonta ölkə prezidenti Aleksandr Lukaşenkonun harada olması və icazəsiz etiraz aksiyasının keçirildiyi Minsk şəhərindəki vəziyyətə nəzarət edib-etməməsi ilə bağlı sual ünvanlayıb.
Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən bildirir ki, Eysmont agentliyin sualına cavab olaraq, onlara Lukaşenkonun əlində avtomat tutduğunu əks etdirən fotosunu göndərib. Foto Müstəqillik sarayının fonunda çəkilib.
Qeyd edək ki, bazar günü Minskdə müxalifət icazəsiz etiraz aksiyası keçirir.
Xəbəri paylaş
Facebook-da paylaş