Minskdə müxalifətin ən izdihamlı aksiyası başladı - Lukaşenko qoşunu hər yeri tutub


 

Bu dəqiqələrdə Belarusda müxalifətin prezident seçkisindən bəri keçirilən ən izdihamlı aksiyası başlayıb. Nexta Live-nin verdiyi məlumata görə, aksiya yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə saat 17:00-da) liderlərin iştirakı ilə başlayıb. Aksiya başlayan kimi toplaşanlara bildirilib ki, İstiqlal meydanından “Planeta” mehmanxanasına doğru irəliləmək lazımdır. Belarus prezidentliyinə əsas namizəd olmuş Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifətin Koordinasiya Şurasının üzvləri məhz burada çıxışlar edəcəklər.   

Müxalifətin "Yeni Belarus Marşı" adlandırdıqları aksiyadan əvvəl isə hökumət qüvvələri Minskin İstiqlal meydanına gedən bütün küçələri tutublar.

 Rusiyanın müstəqil onlayn mediası Minskin küçələrində çoxsaylı hərbi texnika, aksiyanlı dağıtmaq üçün istifadə edilən su maşınları, eyni zamanda Hökumət Evində daxili qoşun yerləşdirildiyini xəbər verir.

Belarusun hərbi qüvvələri "Minsk - Qəhrəman şəhər" stelini tikanlı məftillərlə əhatə edərək bağlayıblar. Belarus Müdafiə Nazirliyi bəyan edib ki, etirazçılar ölkədəki bütün 1941-1945 müharibələrinə aid abidələri qoruyacaqlar və aksiyaçıların onların ətrafına toplaşmasına imkan verməyəcklər.  Aksiyanın qarşısını almaq üçün hökumət qüvvələri metronun "Qələbə meydanı", "Oktyabrskaya" və "Lenin meydanı" stansiyalarını bağlayıb.

Belarus prezidentliyinə əsas namizəd olmuş Svetlana Tixanovskayanın təşəbbüsü ilə yaradılan Müxalifətin Koordinasiya Şurası bu arada bəyan edib  ki, seçki işinə məhkəmədə baxılmasını "böhrandan yeganə sivil çıxış yolu" hesab edirlər.

Rusiya xarici işlər naziri Sergey Lavrov prezident seçkiləri başa çatdıqdan sonra Belarusdakı vəziyyətlə bağlı açıqlama verib. Rusiyalı nazirin sözlərinə görə, Qərb Belarusda qan tökülməsinə çalışır.

Onun sözlərinə görə, Moskva Belarus xalqının vasitəçilik etmədən böhrandan necə çıxmağı barədə qərar verməsinə tərəfdarıdır:

"Moskva Lukaşenkonun müxalifətlə hər hansı bir dialoquna qarşı çıxmayacaq".

Yada salaq ki, avqustun 9-da keçirilən seçkidə hazırkı prezident Aleksandr Lukaşenko 80 faizədək səslə qalib gəldiyini elan etsə də, müxalifət bu nəticələrə etiraz olaraq aksiyalar keçirir. Avropa Birliyi seçkinin nəticələrini tanımadığını bəyan edib. Bundan əlavə, ölkənin iri şəhərlərində bəzi zavodlar tətil edir.

Belarus prezidenti bir gün əvvəl Qrodnokı tətillələrlə bağlı çıxış edib. O deyib ki, əgər tətil edən müəssisələr avqustun 24-dək işlərini bərpa etməsə, onların qapıları qıfıllanacaq. Lukaşenko bəyan edib ki, bu tətillərdən ölkə çökməyəcək. İşə çıxmayanların əvəzinə isə işləmək istəyənlər cəlb olunacaqlar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}