Minskdə aksiyaçılar etirazlarını davam etdirir
Belarusun paytaxtı Minsk şəhərinin mərkəzindəki Müstəqillik meydanına avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələrindən narazı olanlar toplaşırlar.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Zorakılıqsız ölkə” şüarları qaldırıblar.
Eyni zamanla, bu gün paytaxt küçələrində təhlükəsizlik qüvvələrinin əməkdaşları o qədər də gözə dəymir.
Xatırladaq ki, dünən həmin məkanda seçkilərin nəticələri ilə bağlı kütləvi etiraz aksiyası keçirilmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş