Londonda azərbaycanlı-erməni toqquşması – FOTO

 

İyulun 17-də Londonda Ermənistan səfirliyi qarşısında bir qrup azərbaycanlı etiraz aksiyası keçirib.

Aksiyada cəbhədə baş verən təxribat, Azərbaycan torpaqlarının işğal altında saxlanılması pislənib. Piket iştirakçıları qəsbkarlar və onların liderləri ilə bağlı şüarlar səsləndirib, pankartlar qaldırıblar.

Bu zaman səfirliyin qarşısında olan ermənilər aksiyaya mane olmaq istəyib və tərəflər arasında kütləvi dava düşüb.


Polis qüvvələri aksiyaya müdaxilə etdikdən sonra dava-dalaş sakitləşib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}