Yaponiya parlamenti 17 sentyabrda yeni Baş naziri təsdiq edəcək

 

Yaponiyada 17 sentyabrda yeni Baş nazirin təsdiqi ilə bağlı parlamentin növbədənkənar iclası olacaq.

Şəffaflıq.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Liberal Demokrat Partiyası artıq səsvermə ilə bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Sindzo Abe avqustun 28-də səhhəti ilə əlaqədar istefa verib. Onun yerinə əsas namizəd kimi ölkənin Xarici İşlər naziri Fumio Kisidunun, hökumətin Baş katibi Ysixide Suqunun və bir zamanlar Müdafiə və Kənd Təsərrüfatı naziri olmuş Siqeru İsibunun adı çəkilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}