ABŞ İranın vəzifəli şəxslərinə qarşı viza məhdudiyyəti tətbiq edib

 

ABŞ Dövlət Departamenti 14 İran vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə dövlət katibi Maykl Pompeo tərəfindən verilən bəyanatda qeyd olunub. Belə ki, onlar “dünyada terrorun sponsoru dövlətlərinin lideri olan İran rejimi adından” insan hüquqlarının kobud pozulmasında” iştirak edib.

Sözügedən tədbir onların ailə üzvlərinə də şamil olunur.

Həmin şəxslərdən 13-ü 1990-cu illərdə İsveçrə ərazisində həyata keçirilmiş sui-qəsdlərdə diplomat vəzifələrində ikən iştirak etdikləri də qeyd olunur.

Biri isə Tehrandakı siyasi məhbusların saxlandığına görə “bədnam” olan "Evin" həbsxanasının direktoru ayətullah Xudayi Souridir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}